Bakı. Günaydın:
İtaliyanın “FS Italiane” milli dövlət dəmir yolu holdinqinə daxil olan “FS Group”, “Trenitalia”, “Trenitalia Tper” və “Trenord” şirkətlərinin işçiləri 24 saatlıq milli tətil keçirirlər.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, həmkarlar ittifaqlarının qərarı ilə dəmir yolu işçiləri fevralın 22-si saat 21:00-dan fevralın 25-i saat 21:00-dək tətil ediblər.
<!—-> <!––>
Bu vəziyyət ölkə üzrə dəmir yolu nəqliyyatına ciddi təsir göstərib. Bəzi şəhərlərarası və regional qatar reysləri ləğv edilib, uzunmüddətli gecikmələr qeydə alınıb. Böyük şəhərlərdə mərkəzi qatar stansiyalarında sərnişin sıxlığı müşahidə olunur.
Sərnişinlərə stansiyalara yola düşməzdən əvvəl məlumatları dəqiqləşdirmək və mümkün olduqda səfər vaxtlarını dəyişdirmək tövsiyə edilib.