Bakı. Günaydın:
Futbol üzrə İngiltərə Premyer Liqasında XXVI tur başa çatıb.
Trend-in məlumatına görə, son oyun günündə iki qarşılaşma keçirilib.
Günün ilk matçında “Nyukasl” evdə “Nottingem Forest”i qəbul edib. Yeddi qolun vurulduğu matçda meydan sahibləri 4:3 hesablı qələbə qazanıblar.
<!—-> <!––>
Tura mərkəzi oyunla yekun vurulub. Çempionatın lideri “Liverpul” səfərdə “Mançester Siti”nin qonağı olub. Mersisayd təmsilçisi bu görüşdə rəqibini 2:0 hesabı ilə məğlub edib. Qolları 14-cü dəqiqədə Məhəmməd Salah və 37-ci dəqiqədə Dominik Soboslay vurublar.
Bu nəticədən sonra xallarını 64-ə çatdıran “Liverpul” turnir cədvəlinə başçılıq edir. “Mançester Siti” isə 44 xalla 4-cü pillədə qərarlaşıb.