Bakı. Günaydın:
Daxili İşlər Nazirliyi sürücülərə müraciət edərək nəqliyyat vasitələrinin üzərinə yığılan qarları hərəkətə başlamazdan əvvəl mütləq təmizləməyə çağırıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə DİN rəsmi xəbərdarlıq yayıb.
Bildirilib ki, avtomobilin üzərində qalan qar və buz qatı yol-nəqliyyat hadisələrinə səbəb ola bilər, digər sürücülərin və piyadaların həyatı üçün ciddi təhlükə yarada bilər.
<!—-> <!––>
Sürücülərdən tələb olunur ki, qış şəraitində təhlükəsizlik qaydalarına əməl etsinlər və yola çıxmazdan əvvəl avtomobillərinin tam təhlükəsiz vəziyyətdə olmasına əmin olsunlar.