Bakı. Günaydın:
Neftçala rayonunun Kürkənd kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının tavanı 5 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 7 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
<!—-> <!––>
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.