Bakı. Günaydın:
Gözlənilən performansı göstərə bilməyən Dembo Darbonun “Neftçi”də qalmayacağı gözlənilir.
Trend-in məlumatına görə, paytaxt təmsilçisi, Bassala Sambunun gəlişindən sonra Darbonun komandadan ayrılmasını planlaşdırır.
<!—-> <!––>
Qeyd edək ki, 26 yaşlı hücumçu 2024-cü il avqustun 28-də “Neftçi”yə transfer olub və onun Bakı klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.
Qambiya millisinin hücumçusu, karyerası ərzində “Şkupi”, “Şaxtyor” (Soliqorsk), “Əl-Nəsr”, “Astana” və “Ordabası” klublarında çıxış edib.