Bakı. Günaydın:
Perunun şimal-qərbində yerləşən Trujillo şəhərində ticarət mərkəzinin damının uçması nəticəsində azı 6 nəfər ölüb, 80-dən çox insan yaralanıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə RPP radiostansiyası məlumat yayıb.
<!—-> <!––>
Peru Baş Prokurorluğu hadisənin səbəblərini araşdırır. İlkin versiyalardan birinə görə, damın çökməsinə yağış sularının toplanması səbəb ola bilər.