Bakı. Günaydın:
“Nyukasl”ın italiyalı yarımmüdafiəçisi Sandro Tonali vətəninə qayıtmağa hazırlaşır.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, futbolçu artıq “Yuventus”la razılığa gəlib. Lakin onun üçün əsas şərt Turin klubunun gələn mövsüm Çempionlar Liqasına vəsiqə qazanmasıdır. Əks halda, “Yuventus” yeni transferlərə investisiya etməyəcək.
<!—-> <!––>
Eyni zamanda, PSJ-dən icarəyə götürülən Randal Kolo Muaninin də gələcək taleyi komandanın hansı turnirdə iştirak edəcəyindən asılı olacaq.
Qeyd edək ki, Sandro Tonali 2023-cü ilin yayında “Milan”dan “Nyukasl”a transfer olunmuşdu. 24 yaşlı futbolçunun İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.