Bakı. Günaydın:
“Zirə” – “Kəpəz” oyununun keçiriləcəyi tarix açıqlanıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, güclü qar yağışı səbəbindən təxirə salınan “Zirə” – “Kəpəz” oyunu fevralın 24-də keçiriləcək.
<!—-> <!––>
Peşəkar Futbol Liqasının (PFL) yaydığı məlumata görə, matç Zirə İdman Kompleksində baş tutacaq və saat 16:00-da start götürəcək.