Bakı. Günaydın:
Almaniya kansleri Olaf Şolts mühafizəkar XDİ/XSİ blokundan
kanslerliyə namizəd olan Fridrix Mersi seçkilərdə qazandığı qələbə
münasibətilə təbrik edib.
Trend-in
məlumatına görə, bu barədə “Bild” qəzeti xəbər verib.
<!—->
<!––>
“Seçkilərin nəticələrinə görə sizi təbrik edirəm”, – deyə
O.Şolts bildirib. Eyni zamanda, Şolts seçkilərdə təxminən 16 faiz
səs toplayan Sosial Demokrat Partiyasının nəticəsini “məğlubiyyət”
adlandırıb.
F.Mers, həmçinin XDİ/XSİ blokunun qələbəsini elan etdi. “Biz
2025-ci il federal seçkilərində qalib gəldik”, o, XDİ-nin
Berlindəki ofisində çıxışı zamanı deyib. O bildirib ki, indi tez
bir zamanda koalisiya hökuməti qurmaq lazımdır.