Bakı. Günaydın:
Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının əldə
olunması prosesinin sürətləndirilməsi bütün region ölkələrinin
mənafeyi istiqamətindədir.
Trend-in
məlumatına görə, bunu İranın vitse-prezidenti Məhəmməd Cavad Zərif
bu gün (24 fevral) Tehranda Ermənistanın İrandakı səfiri Qriqor
Hakupyanla görüşdə deyib.
Onun sözlərinə görə, regional məsələlərin həlli üçün regional
potensialdan faydalanmaq mümkündür.
Zərif qeyd edib ki, eləcə də regional əməkdaşlığın inkişaf
etdirilməsi və qanun-qaydalar çərçivəsində kommunikasiya xətlərinin
istifadəyə verilməsi diqqət mərkəzində saxlanıla bilər.
Görüşdə iki tərəf üçün maraq doğuran məsələlər diqqət mərkəzində
saxlanılıb.