Bakı. Günaydın:
İnşallah, aprel ayında, hər şey müzakirə edildikdən və qərar
qəbul olunduqdan sonra mən 2 milyard dollar dəyərində razılıqları
tamamlamaq üçün yenə də Sizi İslamabadda qəbul etməkdən böyük şərəf
və sevinc hissi keçirəcəyəm.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu sözləri Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif
Prezident İlham Əliyevlə mətbuata bəyanatında səsləndirib.
“Bu, bizim ticarət və investisiya münasibətlərimizdə ilk
keyfiyyətli sıçrayış olacaq və qardaşlıq əlaqələrimizi əhəmiyyətli
dərəcədə əks etdirəcək”, – deyən Baş nazir bildirib ki, çünki bizim
dostluğumuz, siyasi anlaşmamız, beynəlxalq səviyyədə, beynəlxalq
forumlarda düşüncə və hərəkət vəhdətimiz əfsanəvi olmuşdur. Lakin
hesab edirəm ki, iş birliyimiz, ticarətimiz, investisiya
münasibətlərimiz bizim əlaqələrin həqiqi gücünü əks etdirmirdi.
Hesab edirəm ki, bu gün biz bu hədəfə çatdıq və inşallah, bir aydan
sonra biz həmin böyük qərarın həyata keçirilməsini qeyd
edəcəyik.