Bakı. Günaydın:
Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir.
Xalqlar arasında əlaqələr də uğurla inkişaf edir.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu fikirləri Prezident İlham Əliyev Pakistanın Baş naziri
Məhəmməd Şahbaz Şərif ilə mətbuata bəyanatında söyləyib.
“Azərbaycan Pakistandan müdafiə sənayesinin istehsal etdiyi
avadanlığı artıq alıb və biz onun keyfiyyətindən çox razıyıq”, –
deyən dövlətimizin başçısı bildirib ki, birmənalı olaraq, bu işi
davam etdirəcəyik. Eyni zamanda, biz müdafiə sənayesi məhsullarının
birgə istehsalı imkanlarını müzakirə etdik və bu, əməkdaşlığımızın
digər mühüm sektoru olacaq.