Bakı. Günaydın:
2025-ci ilin yanvar ayında Türkiyədə Azərbaycan kapitalı ilə 13
şirkət qeydiyyata alınıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə
müqayisədə 2 şirkət azdır.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu
barədə TurkicWorld-ə Türkiyə Ticarət və Sənaye Palatasından
(TOBB) məlumat verilib.
“Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Azərbaycan
şirkətlərinin məcmu kapitalı 13 milyon 300 min türk lirəsi olduğu
halda, 2024-cü ilin eyni dövründə bu rəqəm 9 milyon 250 min türk
lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.
<!—->
<!––>
Qurumdan o da qeyd olunub ki, 2025-ci ilin yanvar ayında
Azərbaycan şirkətlərinin əksəriyyəti İstanbulda (10) qeydiyyata
alınıb.
“İstanbulda qeydiyyatdan keçən Azərbaycan şirkətlərinin ümumi
kapitalı 10 milyon 200 min türk lirəsi təşkil edib”, – deyə
TOBB-dan qeyd edilib.
Məlumata əsasən, 2025-cü ilin yanvar ayında Türkiyədə Azərbaycan
kapitalı ilə 4 ticarət şirkəti qeydiyyata alınıb. Qalan şirkətlər
iqtisadiyyatın digər sahələrini əhatə edir.