Bakı. Günaydın:
Bu ilin yanvar yaında Azərbaycandan 14 milyon ABŞ dolları
dəyərində 2 min ton meşə fındığı ixrac edilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə
edib.
Məlumata əsasən, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə
dəyər baxımından 3,6 milyon ABŞ dolları və ya 34,9% çox, həcm
baxımından isə 242 ton və ya 13,6% çoxdur.
<!—->
<!––>
Cari ilin yanvarında meşə fındığı ixracı ölkənin ümumi ixracının
0,46%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 5,71%-ni təşkil
edib.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycandan xaricə 60,5
milyon ABŞ dolları dəyərində 58,1 min ton meyvə-tərəvəz ixrac
edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə
8 min 466 ton və ya 17%, dəyər ifadəsi ilə isə 5,9 milyon dollar,
yaxud da 10,8% artım deməkdir.
Ötən ay ixrac edilən meyvə-tərəvəz ümumi ixracın 1,99%-ni,
qeyri-neft sektoru üzrə ixracın isə 24,61%-ni təşkil edib.