Bakı. Günaydın:
Avstraliya federal hökuməti əcnəbi vətəndaşların ölkədə mənzil
almasına qadağa qoymağa hazırlaşır.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu
barədə baş xəzinədar Cim Çalmers məlumat verib.
<!—->
<!––>
“Hökumət ən azı iki il ərzində xarici investorlara hazır yaşayış
binaları almağı qadağan edəcək və həmçinin əcnəbilərin torpaq
alması ilə bağlı bank əməliyyatlarına ciddi nəzarət edəcək. Bu,
milli mənzil bazarında qiymətləri aşağı salmaq üçün edilir”, –
Çalmers vurğulayıb.