Bakı. Günaydın:
Azərbaycan İnvestisiya Holdinqi (AİH) və Çin İnvestisiya
Korporasiyası (CIC) arasında əməkdaşlıq məsələləri müzakirə
edilib.
Bu barədə Trend Azərbaycan İnvestisiya Holdinqinə istinadən
xəbər verir.
Belə ki, Azərbaycan İnvestisiya Holdinqinin (AİH) baş icraçı
direktoru Ruslan Əlixanov Pekin şəhərində Çin İnvestisiya
Korporasiyasının (CIC) sədri Zhang Qingsong ilə görüş keçirib.
<!—->
<!––>
Qeyd olunub ki, görüşdə qlobal makro-iqtisadi vəziyyət, AİH və
CIC arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq və digər mövzular
ətrafında fikir mübadiləsi aparılıb.