Bakı. Günaydın:
“Bitcoin”in qiyməti bu gün Bakı vaxtı ilə 12:05-də 89 min 885
ABŞ dollarına düşüb.
Trend bu
barədə kriptovalyuta birjası “Binance”dan məlumat əldə edib.
Məlumata görə, bu qiymət son 24 saatda 6,23% ucuzlaşma deməkdir.
Bununla yanaşı, son 24 saatda “Ethereum” 12,13%, “XRP” 12,68%,
“BNB” 6,35% “Solana” 14,56% ucuzlaşıb.
<!—->
<!––>
Qeyd edək ki, “Bitcoin” son bir həftədə 5,66%, son bir ayda
14,5% ucuzlaşıb. Son bir ildə isə 64,89% bahalaşıb.
Qeyd edək ki, “Bitcoin”in qiyməti yanvarın 13-dən sonra ilk dəfə
90 min dollardan aşağı düşüb.