Bakı. Günaydın:
“Korporativ idarəetmə, investisiyalar və korporativ sosial
məsuliyyət” İşçi Qrupunun Ekoloji, sosial və korporativ idarəetmə
(ESG) standartları üzrə alt-qrupunun iclası keçirilib.
Trend-in məlumatına görə, iclasda çıxış edən işçi
qrupunun rəhbəri, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov
bildirib ki, 2025-ci il üçün Yol Xəritəsi təsdiq edilib və artıq
icrasına başlanılıb:
“Tədbirlər üç mühüm istiqamət üzrə formalaşdırılıb. ESG üzrə
milli standart və rəqəmsal platformanın hazırlanması mühüm bir
nəticə olduğu kimi, onlardan effektiv istifadə edilməsi və mümkün
qədər faydalanmaq vacibdir. Bu baxımdan, sözügedən məsələlər
2025-ci il üçün Yol Xəritəsində iki mühüm istiqamətini təşkil
edəcək”.
İclasda ekoloji, sosial və korporativ idarəetmə (ESG)
prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviq edilməsi
üzrə nailiyyətlərin təqdimatı olub. ESGhub.az Platformasının və
Milli ESG standartının qəbulu həyata keçirilib.
<!—->
<!––>
ESG üzrə 2025-ci il üçün Yol Xəritəsinin təqdimatı və ESGhub.az
Platformasının fəaliyyətinin dayanıqlılığının təminatı və
imkanlarının genişləndirilməsi müzakirə olunub.
ESG prinsiplərinin təbliği və tətbiqində səmərəli fəaliyyətin
görə ESG altqrupunun üzvlərinə təşəkkür sertifikatı təqdim
edilib.
SOCAR-ın ESG reytinqi üzrə aparılmış tədqiqatın nəticələri və
əldə olunmuş təcrübənin paylaşılması barədə təqdimat olub.
Qeyd edək ki, iclasda İqtisadiyyat, Ekologiya və Təbii
Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Energetika
nazirliklərinin, Mərkəzi Bankın, Azərbaycan İnvestisiya
Holdinqinin, Sahibkarlığın İnkişafı Fondunun, İqtisadiyyat
Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Azərbaycan
Standartlaşdırma İnstitutunun, İqtisadi İslahatların Təhlili və
Kommunikasiya Mərkəzinin, Azərbaycan İnvestisiya Şirkətinin,
Azərbaycan Sənaye Korporasiyasının, Dövlət Neft Şirkətinin və digər
şirkətlərin məsul şəxsləri iştirak ediblər.