Bakı. Günaydın:
2024-cü il ərzində narkotik vasitələrin və psixotrop maddələrin
qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş 7245 şəxs müəyyən
edilib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə Dövlət
Statistika Komitəsinin məlumatında deyilir.
<!—->
<!––>
Bildirilib ki, onların 36,3 faizini əvvəllər də cinayət
məsuliyyətinə cəlb olunmuş şəxslər təşkil edib ki, bu da ötən ilin
müvafiq dövrü ilə müqayisədə 15,1 faiz azdır. Cinayət törətmiş
şəxslərin 99,0 faizi cinayət məsuliyyətinə cəlb olunub, 1,0 faizi
isə qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətindən azad
edilib.
Cinayət törətmiş şəxslərin 68,6 faizini heç yerdə işləməyən və
oxumayanlar, 3,1 faizini qadınlar təşkil edib. Cinayət törədənlərin
0,1 faizi 14-17 yaşda olan uşaqlar, 7,4 faizi 18-24 yaşlı, 14,8
faizi 25-29 yaşlı gənclər, 77,7 faizi isə 30 və yuxarı yaşlı
şəxslər olub.