Bakı. Günaydın:
“Qalatasaray”da icarə əsasında çıxış edən Viktor Osimhen yeni
mövsümdə “Mançester Yunayted”ə transfer olacaq.
Trend.az saytına istinadən Günaydın xəbər verir
ki, bu barədə Business Day məlumat yayıb.
<!—->
<!––>
Məlumata görə, nigeriyalı hücumçunun transferi 95 faiz
tamamlanıb. “Qırmızı şeytanlar” futbolçunun keçidi üçün 75 milyon
avro ödəyəcək.
Osimhen 2024/25 mövsümünün sonunda “Napoli”yə qayıdacaq və
ardından transfer rəsmiləşdiriləcək.