Bakı. Günaydın:
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin
görüşü Türkiyədə keçiriləcək.
Trend Gürcüstan
Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, bu barədə
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Türkiyə xarici
işlər naziri Hakan Fidan ilə görüşdə bildirib.
Nazirlikdən bildirilib ki, görüş zamanı
Azərbaycan-Gürcüstan-Türkiyə Üçtərəfli Strateji Tərəfdaşlıq
Platformasının əhəmiyyəti xüsusi vurğulanıb.
“Orta Dəhliz” konsepsiyası nəzərə alınmaqla Bakı-Tbilisi-Ərzurum
qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, “Cənub Qaz Dəhlizi”
layihələrinin əhəmiyyəti vurğulanıb.