Bakı. Günaydın:
25 fevral 2025-ci il tarixində Biznes Mühiti və Beynəlxalq
Reytinqlər üzrə Komissiya və KOBİA-nın birgə rəhbərlik etdiyi
“Korporativ idarəetmə, investisiyalar və korporativ sosial
məsuliyyət” işçi qrupunun iclası keçirilib. İclasda Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və
sənaye məsələləri şöbəsinin sektor müdiri, və Biznes Mühiti və
Beynəlxalq Reytinqlər Komissiyanın Katibliyinin rəhbəri Vüsal
Şıxəliyev və KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov 2024-cü il
ərzində ESG altqrupunun fəaliyyətini və həyata keçirilmiş
tədbirləri müsbət dəyərləndiriblər. Bildirilib ki, ötən il ərzində
ESG ilə bağlı təlimlərin təşkil olunması və qanunvericilik
bazasının təkmilləşdirilməsi kimi bir sıra vacib istiqamətlərdə
işlər aparılıb.
Tədbir zamanı, ESG dəyərlərinin təbliğində səmərəli
fəaliyyətlərinə görə EKVİTA şirkətinə təşəkkürnamə təqdim edilib.
Azərbaycanda ESG prinsiplərinin tətbiqi sahəsində lider olan EKVİTA
şirkəti doqquz beynəlxalq İSO standartı üzrə
sertifikatlaşmış, habelə AZS IWA 48:2024 – Ətraf
mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqi
üzrə çərçivə sənədinin tələblərini tətbiq edən ilk
şirkət oldu.
EKVİTA şirkətinin təsisçisi və direktoru İlqar Mehti qeyd edib
ki, “Bu nailiyyət EKVITA-nın dayanıqlı inkişaf, şəffaf idarəetmə və
yüksək beynəlxalq standartlara uyğun fəaliyyət prinsipinə
sadiqliyini bir daha təsdiqləyir.”
<!—->
<!––>
Sözügedən İSO standartları aşağıdakılardır:
ISO 9001:2020 – Keyfiyyətin İdarə edilməsi sistemləri ISO
14001:2021 – Ətraf mühitin idarə edilməsi sistemləri ISO 45001:2021
– Peşə sağlamlığı və təhlükəsizliyinin idarəetmə sistemləri ISO
26000:2022 – Sosial məsuliyyət üzrə rəhbərlik ISO 37001:2021 –
Rüşvətxorluğa qarşı idarəetmə sistemləri ISO 31000:2022 – Risklərin
idarə edilməsi ISO 22301:2023 – Təhlükəsizlik və davamlılıq. İş
fəaliyyətinin (biznesin) davamlılığının idarəetmə sistemləri ISO
37000:2024 – Korporativ idarəetmə. Rəhbəredici göstərişlər ISO
50001:2022 – Enerji menecment sistemləri
“Biz ölkəmizin inkişaf strategiyasına, dövlətimizin müxtəlif
çağırışlarına heç vaxt biganə qalmırıq. EKVİTA daha əvvəl də
müxtəlif qabaqcıl təcrübələri ölkəmizdə ilk dəfə istifadə edən
şirkət olub. Hələ 2017-ci ildə İSO 37001 – Rüşvətxorluğa qarşı
idarəetmə sistemlərini nəinki Azərbaycanda, bütün MDB
məkanında ilk tətbiq edən şirkət olduq”, deyə İlqar Mehti
vurğulayıb.