Bakı. Günaydın:
Listinq məsləhət proqramı ilə əsasən çox böyük dəyər və böyük
emissiya həcmi olan şirkətlər maraqlanır.
Trend.az saytına istinadən Günaydın xəbər
verir, bunu Bakı Fond Birjasının Listinq şöbəsinin Baş məsləhətçisi
Fərhad Mansurov bu gün Azərbaycan Fond Bazarı İştirakçıları
Assosiasiyası (AFBİA) tərəfindən media nümayəndələri üçün keçirilən
təlimdə deyib.
<!—->
<!––>
O bildirib ki, buna səbəb kiçik şirkətlərin əsasən az investor
bazası olması və buna görə də listinq məsləhət proqramına ehtiyac
duymamalarıdır: “Biz də onları anlayırıq. Çünki 1 milyon emissiya
edən şirkət bizə bəs etmədi. Həmin şirkətlər listinq məsləhət
proqramına ehtiyaclarının olmadığını bildirirlər. Böyük emissiya
edən şirkətlər investorlarının yetəri qədər olduğunu bildirirlər.
Buna görə də bu məsləhət proqramına ehtiyac duymurlar”.
“Hazırda təqribən 57 şirkət listimq məsləhət proqramından
faydalanır. Amma artıq məbləğlər 30-40 milyona gəldikdə onlar görür
ki, bütün iqtisadiyyata çıxma imkanı əldə edə bilərlər”, – deyə o
vurğulayıb.