Bakı. Günaydın:
Dünyaca məşhur amerikalı aktrisa, “Gossip Girl” və “The Vampire
Slayer” kimi seriallarda məşhurlaşmış Mişel Traxtenberq yaşadığı
evində ölüb tapılıb.
Trend ABŞ KİV-ə
istinadən xəbər verir ki, 39 yaşlı aktrisanın meyitini onun anası
Nyu-York şəhərindəki evində aşkarlayıb.
Məlumata görə, bir müddət əvvəl aktrisa qara ciyər köçürmə
əməliyyatından keçib və əməliyyatdan sonra bir sıra fəsadlaşmalarla
üzləşmişdi.
<!—->
<!––>
Depresiya ilə əlaqəli intihar ehtimalının istisna edildiyi
bildirilir.
Qeyd edək ki, Traxtenberq keçən ay sosial şəbəkə hesabında
verdiyi açıqlamada sağlam və xoşbəxt olduğunu bildirmişdi.