Bakı. Günaydın:
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə
Elmi-Metodiki və İxtisasartırma Mərkəzi “Mədəniyyətin pərdəarxası:
jurnalistikanın sirləri” adlı yeni layihəyə başlayır.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, Milli Mətbuat Gününün 150 illik yubileyinə həsr olunan
layihənin məqsədi gənc jurnalistlərin mədəniyyət jurnalistikasına
marağını artırmaq, bu istiqamətdə fəaliyyətlərini genişləndirmək və
praktiki biliklər qazandırmaqdan ibarətdir.
Layihə çərçivəsində uzunmüddətli və peşəkar fəaliyyətləri ilə
seçilən, həmçinin, mədəniyyət jurnalistikasının inkişafına töhfə
verən jurnalistlərin iştirakı ilə seminarların keçirilməsi
planlaşdırılır.
“Mədəniyyətin pərdəarxası: jurnalistikanın sirləri” adlı
layihənin ilk seminarı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyinin dəstəyi ilə 2025-ci ilin 4 mart tarixində “Trend”
Beynəlxalq İnformasiya Agentliyinin Mədəniyyət şöbəsinin rəhbəri,
“Tərəqqi” medalı ilə təltif edilən jurnalist Vüqar Imanovun
iştirakı ilə həmin muzeydə təşkil olunacaq.
Vüqar İmanov sözügedən seminarda müasir texnologiyanın sahəyə
gətirdiyi müsbət və mənfi cəhətlərdən, milli-mənəvi dəyərlərin
təbliğində jurnalistikanın əhəmiyyətindən, mədəniyyət
jurnalistikasının indiki vəziyyətindən söhbət açacaq.
<!—->
<!––>
Tarix: 04.03.2025
Saat: 11:00
Məkan: Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi
İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az,
Azernews.Az