Bakı. Günaydın:
Qəbələ şəhəri, Məcid Mərdanov küçəsində güclü qar səbəbindən
köməkçi tikilinin dam örtüyü avtomobilin üzərinə aşıb.
Trend.az saytına istinadən Günaydın xəbər
verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, FHN-in Şimal-qərb Regional Mərkəzinin
xilasediciləri çağırış ünvanına cəlb olunublar.
<!—->
<!––>
Xilasedicilər müvafiq vasitələrlə avtomobili çökmüş dam
örtüyünün altından çıxararaq sahibinə təhvil veriblər.