Bakı. Günaydın:
Qırğızıstan parlamentinin altı komitəsi Qırğızıstan-Tacikistan
sərhədi haqqında müqaviləni təsdiq edib.
Trend xarici
KİV-lərə istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin
mətbuat xidməti bəyanat yayıb.
Bəyanata əsasən, Qırğızıstan parlamentinin beynəlxalq məsələlər,
müdafiə, təhlükəsizlik və miqyasiya üzrə komitəsi, yanacaq-enerji
kompleksi, təbii sərvətlərdən istifadə və sənaye siyasəti komitəsi,
aqrar siyasət, su resursları, ekologiya və regional inkişaf
komitəsi, asayışın qorunması, cinayətlə mübarizə və korrupsiyaya
qarşı mübarizə komitəsi və digər komitələrin səsverməsinə qoyulub
və təsdiqlənib.
<!—->
<!––>
Qurumdan həmçinin bildirilir ki, komitələr iki ölkə arasında
imzalanmış avtomobil yollarının tikintisi və istifadəsi ilə bağlı
sazişin layihəsini və su təsərrüfatı və enerji obyektlərinə çıxışın
təmin olunması üzrə sazişin layihəsini nəzərdən keçirib.
Qeyd edək ki, bundan bir müddət əvvəl Tacikistan və Qırğızıstan
sərhədlərin delimitasiyası ilə bağlı saziş imzalamışdı.