Bakı. Günaydın:
Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo
fevralın 27-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, hər iki
ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq
Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi
düzülmüşdü.
Qvineya-Bisau Prezidentini hava limanında Azərbaycan
Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici
işlər nazirinin müavini Yalçın Rəfiyev və digər rəsmi şəxslər
qarşıladılar.