Bakı. Günaydın:
Türkiyə 2025-cü ilin yanvar ayında Misirə sement ixracını
2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,2 faiz azalaraq 2 milyon
774 min 75 dollara çatdırıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu
barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat
verilib.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar
2025 – yanvar 2024) Türkiyə 4 milyon 309 min 220 dollar məbləğində
sement ixrac edib.
<!—->
<!––>
Qeyd edək ki, 2025-cü ilin yanvar ayında Türkiyənin dünya
bazarlarına sement ixracı 2024-ci ilin eyni ayı ilə müqayisədə 1
faiz azalaraq, 319 min 85 dollara bərabər olub.
Keçən ilin yanvar-dekabr aylarında Türkiyənin dünya bazarlarına
sement ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 6,2 faiz
azalaraq, 4 milyard 314 milyon 179 min dollara bərabər olub.