Bakı. Günaydın:
ABŞ prezidenti Donald Tramp Dövlət Departamenti, o cümlədən, Amerika diplomatik missiyalarının ştatını əhəmiyyətli dərəcədə ixtisar etməyi planlaşdırır.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu haqda “Politico” öz mənbələrinə istinadən məlumat yayıb.
<!—-> <!––>
Nəşrin yazdığına görə, Amerika administrasiyasının rəhbəri Dövlət Departamentinin əsas diqqəti məhz hökumət sövdələşmələrinə, ABŞ təhlükəsizliyinin təmin olunmasına, o cümlədən, xarici investisiyaların ölkəyə cəlb olunmasına yönəltməyini istəyir.
Mənbə bildirir ki, Tramp administrasiyası ixtisarlarda başlıca olaraq demokratiyanın, insan haqlarının və elmi tədqiqatların təbliğinə cavabdeh olan bölmələri hədəfə alacaq.