Bakı. Günaydın:
Ağ Evdə ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş baş tutub.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, görüşdə ABŞ-nin Rusiya-Ukrayna müharibəsinə son qoymaq səyləri müzakirə olunub.
Görüşün yekununda minerallarla bağlı sazişin imzalanacağı gözlənilirdi, lakin bu baş tutmayıb .
<!—-> <!––>
Görüşün əvvəlində hər iki lider jurnalistlərin suallarını cavablandırıb.
Müzakirələrdə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vans da iştirak edib. Görüş başlayarkən liderlər arasında gərgin müzakirə yaşanıb.