Bakı. Günaydın:
Cari ilin yanvar ayında “Azəralüminium” MMC-nin ixrac gəlirləri 8,6 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın fevral sayına istinadən xəbər verir.
<!—-> <!––>
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 milyon ABŞ dolları və ya 23,2% azdır. Belə ki, 2024-cü il yanvar ayında “Azəralüminium” MMC-nin ixrac gəlirləri 11,2 milyon ABŞ dolları olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azərenerji” ATSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, “Avia-Aqreqat Zavodu” MMC, “Qaradağ Şüşə Zavodu” ASC.