Bakı. Günaydın:
Azərbaycanla Xorvatiya arasında ticarətin və qarşılıqlı investisiyaların artırılması müzakirə edilib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında paylaşım edib.
<!—-> <!––>
“Xorvatiyaya səfərimiz çərçivəsində bu ölkənin Baş naziri Andrey Plenkoviçin qəbulunda olduq. Azərbaycan – Xorvatiya strateji tərəfdaşlığının və iqtisadi əməkdaşlığının gündəmində olan prioritetlər, ticarətin və qarşılıqlı investisiyaların artırılması, enerji sahəsində əməkdaşlığın genişləndirilməsi, eləcə də işgüzar əlaqələrin gücləndirilməsi imkanlarını nəzərdən keçirdik”, – deyə paylaşımda qeyd edilib.