Bakı. Günaydın:
Cari ilin yanvar ayında “AzərEnerji”-nin ixrac gəlirləri 354 min
ABŞ dolları olub.
Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın fevral sayına
istinadən xəbər verir.
<!—->
<!––>
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
28,346 milyon ABŞ dolları və ya 81,1 dəfə azdır. Belə ki, 2024-cü
il yanvar ayında “AzərEnerji”-nin ixrac gəlirləri 28,7 milyon ABŞ
dolları idi.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında qeyri-neft sektoru üzrə
ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin
siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi
başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil
olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium”
MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava
Yolları” QSC, “Azərenerji” ATSC, Naxçıvan MR Dövlət Energetika
Xidməti, “Avia-Aqreqat Zavodu” MMC, “Qaradağ Şüşə Zavodu” ASC.