Bakı. Günaydın:
Bakının Yasamal rayonunda yaşayış binasında yanğın olub.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin Yasamal rayonunda üçmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsi yanıb.
<!—-> <!––>
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən biri uşaq olmaqla iki nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.