Bakı. Günaydın:
Bakının bir sıra yollarında tıxac müşahidə olunur.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
<!—-> <!––>
Paytaxtın bəzi küçə və prospektlərində yolun qarlı və buzlu olması səbəbindən nəqliyyatın hərəkəti çətinləşib
Hal-hazırda yollardakı vəziyyət: 1. Əbdülvahab Salamzadə küçəsi, “Xutor” dairəsi, “3-cü mirkorayon dairəsi” istiqamətində; 2. Ziya Bünyadov prospekti, “Koroğlu” metro stansiyasının qarşısı, Qara Qarayev prospekti istiqamətində; 3. Bakı dairəvi yolu, Biləcəri istiqamətində; 4. Tbilisi prospekti, mərkəz istiqamətində; 6. Bakı-Sumqayıt şosesi, hər iki istiqamətdə sıxlıq müşahidə olunur.