Bakı. Günaydın:
Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz piyada bölmələri ilə “Dərin qar və şiddətli soyuqlarda döyüş” mövzusunda təlim keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, təlimin ssenarisinə əsasən, bölmələr şərti düşmənin təxribat-diversiya qrupunun zərərsizləşdirilməsi üzrə tapşırıqları yerinə yetiriblər.
Kəşfiyyat məlumatları əsasında düşmən sığınacaqlarının koordinatları dəqiqləşdirildikdən sonra dəniz piyadaları dərin qarla örtülmüş meşəlik ərazidə təyin olunan istiqamətdə irəliləyiblər. Aşkar edilən “düşmən”in təxribat-diversiya qrupu yüksək peşəkarlıq nümayiş edirilməklə zərərsizləşdirilib.
<!—-> <!––>
Uğurlu döyüş əməliyyatlarında qazanılmış təcrübənin tətbiqi ilə əlverişsiz ərazi və sərt iqlim şəraitində şəxsi heyətin peşəkarlığının artırılması məqsədilə keçirilən təlimdə qarşıya qoyulmuş tapşırıqlar yüksək səviyyədə icra edilib.