Bakı. Günaydın:
Xorvatiya-nın “Prvo Plinarsko Društvo” (PPD) şirkəti ilə Azərbaycan arasında əməkdaşlıq potensialı müzakirə edilib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkə hesabında paylaşım edib.
<!—-> <!––>
“Xorvatiya-nın “Prvo Plinarsko Društvo” (PPD) şirkətinin rəhbəri Pavao Vuynovak ilə görüşümüz zamanı şirkətin ölkəmizlə əməkdaşlıq potensialını, enerji və qida sənayesi sahəsində fəaliyyətin əlaqələndirilməsi imkanlarını müzakirə etdik”, – deyə paylaşımda bildirilib.