Bakı. Günaydın:
Bu ilin yanvar ayında Türkiyənin xarici ticarət dövriyyəsi 49 milyard 868 milyon dollar olub.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Ticarət Nazirliyindən bildiriblər.
Nazirlikdən qeyd olunub ki, 2025-cü ilin yanvar ayında Türkiyənin ixracatı 2024-cü ilin eyni ayı ilə müqayisədə 5,8 faiz artaraq 21 milyard 165 milyon dollar, idxalı isə 9,6 faiz artaraq 28 milyon 703 min dollar olub.
<!—-> <!––>
Qeyd edək ki, keçən il Türkiyənin xarici ticarət dövriyyəsi 606 milyard 55 milyon dollara çatıb.
2024-cü ildə Türkiyənin ixracı 2023-ci ilin eyni dövrü ilə müqayisədə 2,4 faiz artaraq 261 milyard 855 milyon, idxalı isə 5 faiz azalaraq 344 milyard 20 milyon dollar olub.