Bakı. Günaydın:
Türkiyə millisinin qapıçısı Altay Bayındır “Mançester Yunayted”dən ayrılmaq istəyir.
Trend Türkiyə mətbuatına istinadla xəbər verir ki, 26 yaşlı qapıçıya İngiltərə Premyer Liqasının müxtəlif klublarından təkliflər daxil olub.
<!—-> <!––>
Onu israrla heyətində görmək istəyən klublardan biri “Fulhem”dir. London təmsilçisi türk qapıçısı üçün artıq hərəkətə keçib və Bayındırı icarəyə götürməyi düşünür. Altay Bayındırın “Mançester Yunayted”lə müqaviləsi 2027-ci ilin iyununa qədərdir.
Qeyd edək ki, Altay Bayındır 2023-cü ilin sentyabrında “qırmızı şeytanlar”la müqavilə imzalayıb və daha əvvəl “Ankaragücü” və “Fənərbağça” klublarında da qapıçı kimi çıxış edib.