Bakı. Günaydın:
Hazırda Bakı yollarında nəqliyyat sıxlığı müşahidə olunmur.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
<!—-> <!––>
Qeyd edək ki, gecə saatlarında paytaxtın bəzi əsas yollarında nəqliyyat sıxlığı müşahidə edilirdi.
NİİM-in məlumatına görə, Bakı-Sumqayıt şosesi, Ziya Bünyadov prospekti və Bakı dairəvi yolunda yolların buz bağlaması səbəbindən, xüsusilə yük avtomobillərinin hərəkətində problemlər yaranmışdı.