Bakı. Günaydın:
Axşam saatlarında bəzi yolların buz bağlaması yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olub.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
<!—-> <!––>
Bildirilib ki, paytaxtın Heydər Əliyev prospekti, Əmircan-Bülbülə döngəsində yolun buzlu olması səbəbindən bir neçə avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.