Bakı. Günaydın:
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Tbilisi Beynəlxalq Hava Limanında vətəndaşların təxliyə olunduğu elan edilən yoxlamanı başa çatdırıb.
Trend-in “Rustavi 2” telekanalına istinadən verdiyi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidməti təhlükəsizlik tədbirlərinin başa çatdığını bildirib, lakin yoxlamanın konkret səbəbinin nə olduğunu açıqlamayıb.
<!—-> <!––>
Bundan əvvəl Gürcüstan telekanalları, ehtimal edilən partlayıcı maddə ilə bağlı xəbər üzündən Tbilisi hava limanında vətəndaşların təxliyə olunduğu barədə məlumat vermişdilər.