Bakı. Günaydın:
İndoneziya sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
<!—-> <!––>
Zəlzələnin episentri, Ambon şəhərindən 375 km cənub-şərqdə, təxminən 355 min insanın yaşadığı ərazidə yerləşir. Zəlzələ 151 km dərinlikdə baş verib.
Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur. Ayrıca, sunami təhlükəsi elan edilməyib.