Bakı. Günaydın:
ABŞ dövlət katibi Marko Rubio Rusiya prezidenti Vladimir Putin, ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Ukrayna lideri Vladimir Zelenski arasında üçtərəfli görüşün təşkilinin hələlik müzakirə üçün tez olduğunu bildirib.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bunu Amerikanın baş diplomatı CNN-in efirində deyib.
<!—-> <!––>
“Mən düşünürəm ki, bu barədə danışmaq hələ tezdir. Rusiya qarşılıqlı əməkdaşlığa hazırdır, lakin biz bütün aspektləri təhlil etməliyik”, – deyə Rubio vurğulayıb.
O, həmçinin əlavə edib ki, bu mövzuda iş “kameralar qarşısında və ictimaiyyətə açıq şəkildə” aparılmayacaq.