Bakı. Günaydın:
“Real Madrid”in qapıçısı Tibo Kurtua yenidən Belçika millisində çıxış edəcək.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə millinin baş məşqçisi Rudi Qarsiya məlumat verib.
<!—-> <!––>
“O geri qayıdacaq. Bu, bütün Belçika üçün əla xəbərdir. Mən həmişə Tibonu dünyanın ən yaxşı qapıçısı hesab etmişəm. “Real Madrid”in “Mançester Siti” ilə oyunundan əvvəl onunla danışmaq üçün Madridə getdim”, – deyə Qarsiya bildirib.
Qeyd edək ki, Kurtua 2023-cü ilin yayından Belçika millisinə dəvət almırdı. O vaxtlar onun millinin keçmiş baş məşqçisi Domeniko Tedesko ilə anlaşmazlıq yaşadığı barədə xəbərlər yayılmışdı.