Bakı. Günaydın:
“Kutlubey Harita İnşaat Mühendislik Sanayi Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ləğv olunur.
Trend-in əldə etdiyi məlumata görə, bu barədə şirkət özü elan edib.
Şirkətın hansı səbəbdən bu addımı atması məlum deyil.
<!—-> <!––>
Bildirilib ki, kreditorlar iki ay ərzində tələblərini 1073 Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi, ev 93 ünvanına bildirə bilərlər.
Sözügedən şirkət 2016-cı ildə dövlət qeydiyyatına alınıb.
Şirkətin qanuni təmsilçisi Hüseynov Rüfət Vilayət oğludur.