Bakı. Günaydın:
Vatikan Roma Papası Fransiskin səhhətinin qəfil pisləşdiyini açıqlayıb.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, Müqəddəs Taxt-Tacın mətbuat xidməti pontifikin qusma və kəskin tənəffüs çatışmazlığına səbəb olan kəskin bronxospazmdan əziyyət çəkdiyini təsdiqləyib.
<!—-> <!––>
Təcili yardım göstərmək üçün ona qeyri-invaziv süni ventilyasiya verildi.
“Bronxospazm tənəffüs sisteminin pisləşməsinə səbəb oldu. Papaya qeyri-invaziv süni ventilyasiya verilib”, – deyə məlumatda bildirilir.