Bakı. Günaydın:
Böyük Britaniya Avropanı “Securing Our Future” müdafiə sammitində təhlükəsizliyi gücləndirmək fürsətindən istifadə etməyə çağırıb.
Trend UNIAN-a istinadən xəbər verir ki, Birləşmiş Krallığın Baş naziri Kir Starmer Avropanı “təhlükəsizliyi gücləndirmək üçün bənzərsiz anı dəyərləndirməyə” çağırıb.
<!—-> <!––>
Məlumata görə, sammitin əsas mövzularından biri nüvə cilovlaması olub ki, bu da xüsusilə nüvə silahına sahib olmayan ölkələr üçün aktualdır.
Starmer həmçinin bildirib ki, siyasətçilər ABŞ-nin Avropa təhlükəsizliyindəki rolunu müzakirə edəcəklər. Onun sözlərinə görə, daxili siyasi fərqliliklərə baxmayaraq, sülhə gedən yolu axtarmaq vacibdir.