Bakı. Günaydın:
Böyük Britaniya Ukrayna ilə yeni iqtisadi müqavilə imzalayıb. Müqaviləyə əsasən, Kiyev hava hücumundan müdafiə sistemləri üçün raketlər də daxil olmaqla, hərbi alışlar üçün 2 milyard dollar kredit alacaq.
Trend.az saytına istinadən Günaydın xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer, Avropa liderlərinin Ukrayna üzrə görüşündən sonra Londonda keçirilən mətbuat konfransında bildirib.
<!—-> <!––>
“Bu gün mən Ukraynaya Böyük Britaniyanın 1,6 milyard funt-sterlinq kreditindən Belfastda istehsal olunacaq 5 mindən çox zenit-raket kompleksi almaq üçün istifadə etməyə imkan verən yeni iqtisadi sazişi elan edirəm”, – deyə Starmer vurğulayıb.
Britaniya hökumətinin başçısı həmçinin xatırladıb ki, London və Kiyev Rusiya Federasiyasının dondurulmuş suveren aktivlərindən əldə edilən gəlirdən istifadə etməklə Ukraynaya 2,26 milyard funt-sterlinq məbləğində kreditin verilməsi haqqında saziş imzalayıb.